Xəbərlər

Türkiyə XİN israilli nazirlərə reaksiya verib

“İsrailli nazirlərin Qəzzada törətdikləri soyqırımı, Fələstin xalqına qarşı genişmiqyaslı müharibəni, məskunlaşma terrorunu, İordan çayının qərb sahilini ilhaq etmək niyyətini, Türkiyəni hədəf alaraq Suriya və Livana hücumlarının arxasındakı ekspansionist ambisiyaları gizlətmələri mümkün deyil”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailin Suriyaya dünənki hücumları ilə bağlı yazılı açıqlamasında bildirib.

“İsrailli nazirlərin ölkəmizə qarşı təxribat xarakterli bəyanatları onların içində olduqları ruh vəziyyətini, həmçinin fundamentalist və irqçi İsrail hökumətinin aqressiv və ekspansionist siyasətini əks etdirir. İsrail bölgə ölkələrinin ərazi bütövlüyü və milli birliyi hədəf alan hücumları ilə bölgənin təhlükəsizliyində ən böyük təhdid halına gəlib. Təl-Əviv rəhbərliyi strateji sabitliyi pour, bölgədə həm xaosa, həm də terror hadisələrinin yaranmasına səbəb olur”, – bəyəntda qeyd olunub.

Bəyanatda İsrailin “ekspansionist siyasətindən əl çəkməsinin, işğal etdiyi ərazilərdən çıxmasının və bütün regionda təhlükəsizliyin bərqərar olması üçün Suriyada sabitliyin yaradılması səylərini pozmağı dayandırmasının vacibliyi” vurğulanıb.

Həmçinin qeyd olunub ki, beynəlxalq ictimaiyyətin İsrailin təcavüzünün qarşısının alınmasında öz məsuliyyətini üzərinə götürməsi vacibdir.