Xəbərlər

Türkiyə XİN təyyarə qəzasında həyatını itirənlərlə bağlı başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasında həyatını itirənlərlə bağlı başsağlığı verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə XİN-in yazılı açıqlamasında bildirilib.

“Bu gün səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması bizi dərindən kədərləndirib”, – məlumatda qeyd edilib.

Bəyanatda qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralananlara isə tezliklə şəfa dilənib: “Bu çətin günlərdə azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstək veriləcək”.