Xəbərlər

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

“1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyininin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı yaydığı bəyanatında bildirilib.

“Həmin gün baş verən vəhşilik bəşər tarixində qara iz buraxdı.

Xocalıda şəhid olan 613 qardaşımızın və həmin gün yaralanan, əsir düşən və itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir.

Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”, – bəyanatda qeyd olunub.