Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi dərgi sərgisi 15-ci dəfə oxucularla görüşür.
“Füyuzat”ın məlumatına görə, bu gündən “15-ci Dərgi Günləri” adlı sərgi öz işinə başlayıb.
Dünya Dərgilər Birliyinin təşkilatçılığı ilə Taksim Cami Kültür və Sənət mərkəzində baş tutan beynəlxalq səviyyəli sərgidə müxtəlif ölkələrdən dərgi və qəzetlər iştirak edir.
“15-ci Dərgi Günləri” dekabrın 17-nə qədər davam edəcək. Sərgi zamanı dərgiçi və yazarlarla görüşlər, imza saatları, müxtəlif masterklaslar və digər fəaliyyətlər baş tutacaq.
Qeyd edək ki, “Füyuzat” və “İşıq” jurnalları keçən il olduğu kimi, bu il də Azərbaycanı sərgidə təmsil edir.