“Bu ilin sonuna qədər Türkiyə hakimiyyəti 2023-cü il fevralın 6-da dağıdıcı zəlzələlərin baş verdiyi respublikanın cənub-şərqində 251 mindən çox evin tikintisini başa çatdırmağı planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib.
“Sanki biz zəlzələ zonasında yeni ölkə tikirik. İlin sonuna kimi qalan 251 min 4 yüz yaşayış obyektini təhvil verəcəyik. Ümumilikdə, 452 min 9 yüz bina regional bərpa layihəsi çərçivəsində vətəndaşlarımızın ixtiyarına veriləcək”, – “TRT Haber” nazirin sözlərindən sitat gətirib.



