Xəbərlər

Türkiyədə 450-dən çox FETÖ şübhəlisi saxlanılıb

Türkiyə polisi reydlər keçirib və 2016-cı ildə dövlət çevrilişinə cəhdə görə məsuliyyət daşıyan FETÖ terror təşkilatının fəaliyyətində iştirakda şübhəli bilinən şəxsləri saxlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Ali Yerlikaya məlumat yayıb.

“FETÖ-yə qarşı əməliyyat zamanı 66 vilayətdə 459 şübhəli saxlanılıb. Biz bu məkrli terror təşkilatı ilə mübarizədə rahat ol bilmərik”, – Yerlikaya qeyd edib.