Türkiyədə – Anidə keçirilən arxeoloji qazıntılar zamanı yeni Səlcuqlu türbəsi aşkar edilib. Anadoluda ilk Türk-İslam qəbiristanlığı hesab edilən Ani Səlcuqlu qəbiristanlığında aşkar edilən bu türbə Anadoluda Türk-İslam dövrünə aid ilk türbə ola biləcəyi üçün böyük əhəmiyyət kəsb edir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Ersoy sosial media hesabında etdiyi paylaşımda qeyd edib.
Ersoy Ani qazıntılarının Türk-İslam tarixi ilə bağlı yeni tapıntılara işıq saldığını və Anadoluda Səlcuqluların ilk izlərindən birinin ortaya çıxdığını vurğulayıb.



