Xəbərlər

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 13 nəfər saxlanılıb

Türkiyənin 9 vilayətində terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 13 nəfər saxlanılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Mersin Regional Jandarma Komandanlığı İŞİD üzvlərini texniki və fiziki olaraq təqib edib. Təqib nəticəsində 13 nəfərin İŞİD terror təşkilatına maliyyə yardımı etdiyi müəyyən edilib.

Mersin və Kahramanmaraş mərkəz olmaqla, İstanbul, Konya, Hatay, Kayseri, Van, Bitlis və Karamanda məsunlaşan terror şəbəkəsi üzvlərinə qarşı eyni vaxtda əməliyyatlar təşkil edib.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib. Saxlanılan 13 nəfərin istintaqı davam edir.