Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya “X” səhifəsində məlumat yayıb.
“İŞİD terror qruplaşmasına qarşı 45 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 216 nəfər saxlanılıb”, – nazir qeyd edib.
Verilən məlumata görə, il ərzində respublikada terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.