Xəbərlər

Türkiyədə kimyəvi maddələr anbarında yanğın baş verib

Türkiyənin Başakşehir vilayətində İkitelli Mütəşəkkil Sənaye Bölgəsində kimyəvi maddələr olan anbarda yanğın baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Yanğınla bağlı aidiyyəti qurumlara xəbərdarlıq verilib. Bundan sonra hadisə yerinə çoxlu polis, tibb və yanğınsöndürmə qrupları göndərilib.

Yanğın tez bir zamanda anbarı bürüyüb. Alov anbara bitişik ərazidə dayanan avtomobillərə də keçib.

Partlayış səsləri eşidilən yanğının qurbanlıq heyvan satışı sahəsinə, yanacaqdoldurma məntəqəsinə və anbarı əhatə edən təbii qaz çənlərinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülüb.

Qurbanlıq heyvanlar yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Polis qrupları da partlama riski səbəbiylə vətəndaşları ərazidən uzaqlaşdırıb.

Yanğın səbəbindən ərazidə nəqliyyat sıxlığı yaranıb.