Xəbərlər

Türkiyədə minimum əmək haqqı 30% artırılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə minimum əmək haqqını 30 % artırmaq barədə göstəriş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsində paylaşım edib.

“2025-ci ildə minimum əmək haqqı 30% artımla xalis 22 104 türk lirəsi olacaq. Qoy bu, ölkəmiz və xalqımız üçün faydalı olsun”, – Ərdoğan paylaşımda bildirib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə minimum əmək haqqı 49% artırılmışdı.