Çərşənbə axşamı Türkiyənin Balıkesir vilayətində partlayıcı maddələr fabrikində partlayış baş verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə vilayət valisi İsmayıl Ustaoğlu məlumat verib.
Onun sözlərinə görə, partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
O, təxribat ehtimalını istisna edib.