Xəbərlər

Türkiyədən İrana xəbərdarlıq: “PKK-ya silah verməyin”

Türkiyə İrandan PKK terror təşkilatına silah tədarükünü dayandırmağı və silahlı qruplaşmalara qarşı Ankaranın hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə rəsmiləri ötən həftə Süleyməniyədə İran rəsmiləri ilə görüşərək PKK-ya silah tədarükünü dayandırmasını, birgə işləməyi təklif ediblər.

“Yeni Şafak” ABŞ və İranın PKK-ya dron və raket göndərməsini deşifrə edib və bəyan edib ki, əgər yeni göndərişlər olarsa, orduya “atış əmri” veriləcək.

Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri və təhlükəsizlik qüvvələri iştirak edib. İran rəsmiləri PKK-ya yardım etmədiklərini iddia ediblər. Buna cavab olaraq Türkiyə rəsmiləri yardımı sübut edən faktları qarşı tərəfə təqdim edib.