Qonşu ölkədə hakimiyyət dəyişikliyindən sonra 25 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Ali Yerlikaya məlumat verib.
“Suriyada hakimiyyət dəyişikliyindən sonra dekabrın 8-dən bu yana Türkiyədən 25 mindən çox qaçqın vətənə qayıtdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl 2011-ci ildən bəri qaçan 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etmək planlarını açıqlamışdı”, – Yerlikaya əlavə edib.