Xəbərlər

Türkiyənin 17 vilayətində İŞİD-ə qarşı əməliyyat: 65 nəfər saxlanılıb

İstanbul, Ankara, Malatya və Sivas da daxil olmaqla Türkiyənin 17 vilayətində Təhlükəsizlik Baş İdarəsinin koordinasiyası ilə İŞİD terrorçulrına qarşı əməliyyatlar həyata keçirilib.

“Füyuzat”ın məlumatına görə, ölkənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Nazir Yerlikaya əməliyyatlar zamanı 65 şübhəlinin tutulduğunu açıqlayıb. O, terrorla mübarizədə qətiyyətli olduğunu vurğulayıb.

“Sevgili millətimizin bilməsini istəyirəm ki, son terrorçu zərərsizləşdirilənə qədər sizin dualarınız və dəstəyinizlə çəkinmədən mübarizə aparacağıq”, – Yerlikaya bildirib.