Xəbərlər

Türkiyənin G20 ölkələrinə ixracı 100 milyard dollara yaxınlaşıb

Türkiyənin G20 ölkələrinə ixracı 2019-2023-cü illərdə təxminən 37 faiz artaraq 100 milyard dollara yaxınlaşıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

G20 dünyanın ümumi daxili məhsulunun təxminən 85 faizini və qlobal ticarətin 75 faizini təşkil edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağı növbəti sammitin əsas mövzusu “Ədalətli dünya və davamlı planet qurmaq” olaraq təyin edilib.