Türkiyə səfiri Hicabi Kırlanğıç Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.
“Yeni ünvanda fəaliyyətini bərpa etmiş səfirliyimizi ilk ziyarət edən qardaş Türkiyənin İrandakı səfiri hörmətli həmkarım Hicabi Kırlanğıç və heyətini qəbul etməkdən çox şad oldum. Ziyarətləri üçün təşəkkür etdik və səfirliklərimiz arasında əməkdaşlığın davam etməsinin və daha da möhkəmləndirilməsinin önəmini vurğuladıq”, – diplomat bildirib.