Xəbərlər

Türkiyənin müdafiə naziri İranla sərhəd bölgəsinə səfər edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​və Türkiyə Silahlı Qüvvələri Komandanlığı İran sərhədində yerləşən hərbi hissələri yoxlamaq üçün Vana səfər ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Yaşar Gülərlə yanaşı ​​Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Quru Qoşunları komandanı, ordu generalı Səlcuq Bayraktaroğlu da yüksək səviyyəli hərbçilərin müşayiəti ilə İran sərhədində yoxlamalar aparmaq üçün Vana səfər ediblər.

Yaşar Gülər ​​və digər komandirlər sərhəd xəttindəki hərbi hissələrin fəaliyyətini və hazırlıqlarını yoxlayıblar.