Xəbərlər

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfərə gəlib.

“Füyuzat” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.