Xəbərlər

Türkiyənin xüsusi nümayəndəsi Ermənistana səfər edib

Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Marqara keçid məntəqəsində onu Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan qarşılayıb.

Verilən məlumata görə, Serdar Kılıç Ermənistanda bir sıra görüşlər keçirəcək, bu görüşlərdə xüsusilə sərhədlərin açılması məsələsi müzakirə olunacaq.