Xəbərlər

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.

Məlumata görə, texniki xidmətin göstərilməsi məqsədilə Xorvatiyaya göndərilən iki ədəd yanğınsöndürmə təyyarəsindən biri olan AT802 tipli təyyarə Serj şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub.