Xəbərlər

Türkmənistan və Çin arasında ikitərəfli sənədlər imzalanıb

Türkmənistan və Çin universitetlər, muzeylər və media arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TDH” dövlət xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Çinə səfəri zamanı Türkmənistan nümayəndə heyəti üzvlərinin çinli tərəfdaşlarla ikitərəfli görüşləri baş tutub.

Tərəflər media, təhsil sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib, enerji sektorunda logistika və ixtisaslaşdırılmış infrastrukturun modernləşdirilməsi məsələlərinə toxunublar.