Xəbərlər

Türkmənistanda MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası keçirilir

Türkmənistanın paytaxtı Aşqabadda MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS xəbər verib.

Bu iclasda MDB ölkələrinin baş nazirləri ticari-iqtisadi əməkdaşlığı, o cümlədən, enerji, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

MDB Baş katibinin müavini səlahiyyətlərini icra edən Nurlan Seytimov bildirib ki, hazırda 12 məsələ müzakirəyə çıxarılıb və birgə sənədlər də imzalanacaq.