Polşanın Baş naziri Donald Tusk iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda Almaniyaya planlaşdırılan səfərini ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Euractiv” portalı məlumat yayıb.
Məlumata görə, son həftələrdə Polşa-Almaniya münasibətləri daha da soyuqlaşıb. Münasibətlərin pisləşməsinin əsas səbəbi isə “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərləri ilə bağlı vəziyyət olub.