Xəbərlər

Tusk və Zelenski Ukraynanın NATO-ya daxil olması planlarını müzakirə edəcəklər

Polşanın Baş naziri Donald Tusk Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl Varşavaya gəlməli olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevin alyansa daxil olmasını müzakirə edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Anjey Şeyna məlumat yayıb.

Tusk və Zelenski həmçinin NATO strategiyasının dəyişdirilməsi mövzusuna və alyans sammitinin gündəliyinə toxunmağı planlaşdırır.

Tusk iyunun 27-də Avropa İttifaqının sammitində Zelenskinin Polşaya gözlənilən səfərini açıqlayıb. Baş nazirin sözlərinə görə, Polşa ilə Ukrayna arasında təhlükəsizlik sazişi demək olar ki, hazırdır və iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl imzalanacaq.