Xəbərlər

Uçuşlar dayandığı üçün 150 min insan İsrailə qayıda bilmir

Bir çox hava yolu şirkəti Təl-Əvivə uçuşları ləğv etdiyi üçün təxminən 150 min israilli ölkəyə qayıda bilmir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kanal 12” məlumat yayıb.

Qeyd edilib ki, Yaxın Şərqdəki gərginliyə görə 15 beynəlxalq hava yolu şirkəti Təl-Əvivə uçuşları müvəqqəti və ya qeyri-müəyyən müddətə qədər dayandırıb. Bu səbəbdən ölkəsinə geri gəlmək istəyən İsrail vətəndaşları müvəqqəti olaraq xidmətlərdən istifadə edə bilməyəcək.