Xəbərlər

Ukrayna 15 min məhkumu silahlı qüvvələrə cəlb edəcək

Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı “Məhkumların hərbi xidmətə getməsinə icazə verilməsi haqqında” qanunla Ukrayna Silahlı Qüvvələri sıralarına əlavə 15 min nəfər cəlb edilə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın ədliyyə naziri Denis Maliuska “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə 5 minə yaxın məhkumun Ukrayna ordusuna qoşulacağı gözlənilir, bu rəqəm hətta üç dəfə də arta bilər.

Maliuska qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin komandirləri artıq koloniya və həbsxanalara baş çəkməyə başlayıblar.