Xəbərlər

Ukrayna 90 milyard dollar dəstək alıb

Ukraynanın müttəfiqləri və beynəlxalq maliyyə təşkilatları 2022-ci ilin fevralından etibarən Kiyevə 90 milyard dollara yaxın dəstək verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə, 2022-ci ilin fevralından bu günə qədər xarici maliyyələşdirmə 89,6 milyard dollar təşkil edib, 2024-cü ildə dövlət büdcəsinə artıq 16 milyard dollar beynəlxalq dəstək daxil olub”, – məlumatda bildirilib.