“Ukrayna Belarusla sərhəddə mühəndis strukturları yaradır və müdafiə imkanlarını artırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.
“Bu istiqamət bizim üçün təhlükə mənbəyi olaraq qalır. Ona görə də müdafiə qabiliyyətinin artırılması, o cümlədən mühəndis istehkamlarının yaradılması prioritetdir. Sərhəd rayonlarında istehkam xətləri tikilir və genişləndirilir”, – Demçenko bildirib.
O əlavə edib ki, bu cür işlər Belarusla sərhədin bütün uzunluğu boyunca, Volın vilayətindən Çerniqov vilayətlərinə qədər aparılır, lakin hazırda sərhəd bölgəsində qeyri-standart vəziyyət, texnika və ya personalın hərəkəti müşahidə olunmur. Eyni zamanda, bölgədə Ukrayna tərəfdən sərhəd mühafizəsi, Milli Qvardiya və Ukrayna Silahlı Qüvvələrinin bölmələri yerləşdirilib.



