Xəbərlər

Ukrayna Böyük Britaniya ilə “yüzillik sazişi” ratifikasiya edib

Ukrayna parlamenti Böyük Britaniya ilə yüzillik tərəfdaşlıq sazişini ratifikasiya edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

“Rada Böyük Britaniya ilə 100 illik tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib”, – o, teleqram kanalında yazıb.

Qərarı 295 deputat dəstəkləyib. Eyni zamanda, deputat İrina Geraşenko öz teleqram kanalında qeyd edib ki, saziş sadəcə çərçivə sazişidir.