Xəbərlər

Ukrayna: Heç vaxt eyni anda bu qədər çox yerin hədəf alındığını görməmişdik

“Rusiyanın Kiyev də daxil olmaqla ölkə daxilində intensiv raket və PUA hücumları nəticəsində ən azı 16 nəfər ölüb, 97 nəfər yaralanıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.

Eyni zamanda Ukrayna orudusu Rusiyanın hücumlar zamanı 158 PUA və raketdən istifadə etdiyini açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada isə deyilir: “Heç vaxt bu qədər çox yerin eyni anda hədəf alındığını görməmişdik”.

Sonda Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiyanın hücumlar zamanı hipersonik raketlərdən də istifadə etdiyini bildirib.