Xəbərlər

Ukrayna İrandan “Şahed” dronları gətirilən Rusiya limanını vurub

Ukrayna Silahlı Qüvvələri (UAF) Həştərxan vilayətində yerləşən və Rusiyaya İran silahlarının tədarükü üçün istifadə edilən Olya dəniz limanına zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı bildirib.

“Mövcud məlumata görə, İrandan gətirilən “Şahed” tipli pilotsuz uçuş aparatları üçün komponentlər və döyüş sursatları ilə dolu “Olya Port 4″ gəmisi vurulub”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, zərbə avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin digər bölmələrlə əməkdaşlıq edən xüsusi əməliyyat qüvvələri tərəfindən həyata keçirilib.

“Müdafiə qüvvələri Ukraynadakı işğalçıların hərbi potensialını sarsıtmaq və Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü dayandırmaq üçün tədbirlər görməyə davam edir”, – Ukrayna Baş Qərargahından bildirilib.