Ukrayna Avropa İttifaqı sammiti çərçivəsində Litva və Estoniya ilə təhlükəsizlik sazişləri imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat verib.
Bildirilib ki, sazişləri Ukrayna və Litva prezidentləri Volodimir Zelenski və Gitanas Nauseda, həmçinin Estoniyanın Baş naziri Kaja Kallas imzalayıblar.
Brüsseldəki razılaşmaların məzmunu barədə əlavə məlumat verilməyib.