Xəbərlər

Ukrayna: Macarıstan və Slovakiya neft tranziti məsələsini siyasiləşdirir

Ukrayna Avropa Komissiyasını (AK) əmin edib ki, hasilat LUKOIL tərəfindən təmin olunmasa, Rusiya neftinin Macarıstan və Slovakiyaya tranzitini məhdudlaşdırmayacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqalla danışıqların yekununa toxunan AK rəhbərinin müavini Valdis Dombrovskis bildirib.

Şmıqal qonşu Avropa ölkələrini məsələni siyasiləşdirməkdə ittiham edib.

“Ukraynanın Baş naziri Denis Şmıqalla yaxşı danışıqlarım olub. Mən məlumat aldım ki, neftin Macarıstan və Slovakiyaya tranziti LUKOİL-ə aid olmasa, tranzitə mane olunmayacaq”, – cənab Dombrovskis “X”də yazır.

Denis Şmıqal isə öz növbəsində Macarıstan və Slovakiyanın neft tranziti ilə bağlı mövqeyini manipulyasiya adlandırıb. O, Ukraynanın tətbiq etdiyi sanksiyaların Aİ ilə assosiativ sazişi pozmadığını, Slovakiya və Macarıstan tərəflərinin reaksiyasının son dərəcə siyasiləşmiş və manipulyasiya xarakterli olduğunu söyləyib.

Eyni zamanda o, Ukraynanın Aİ ölkələri, xüsusən də Macarıstan və Slovakiya ilə konstruktiv əməkdaşlığa açıq olduğunu bəyan edib.