Xəbərlər

Ukrayna NATO-dan avadanlıq tələb edib

Ukrayna təcili olaraq NATO ölkələrindən Avro-Atlantik Böhranlara Cavab Koordinasiya Mərkəzi vasitəsilə ağır mülki tikinti və mühəndislik avadanlığı, ekskavatorlar, onlarla yanğınsöndürən maşın və zirehli təcili yardım maşınlarının verilməsini xahiş edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Ümumilikdə, Ukrayna 17 tirli və 10 təkərli ağır ekskavator, çəkisi 100 tona qədər olan yüklərin daşınması üçün 30 traktor, 25 zirehli təcili yardım maşını, həmçinin 27 yanğınsöndürmə maşınının təhvil verilməsini istəyib.