Kiyev Ukrayna Silahlı Qüvvələrində Rusiya ordusunun hərbçilərinin öldürülməsinə görə balların verildiyi yeni mükafat sistemi tətbiq edib.
“Füyuzat”ın məlumatına görə bu barədə Ukraynanın rəqəmsal Texnologiyalar naziri Mixaylo Fedorov bildirib.
Buna görə, ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin məğlubiyyətini təsdiqləyən videomaterialı “Drones Army of Army” bonus proqramına yükləməlidirlər.
Tezliklə bu proqram Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün ehtiyac duyduqları əşyalar və azuqələrə görə topladıqları xalları dəyişdirə biləcəkləri “Brave 1 Market” adlı yeni onlayn bazar yaradılacaq.
Bildirilir ki, hər vurulan hədəf fərqli qiymətləndirilir: rus əsgərinin öldürülməsinə görə 6 bal, tanka zərər vurmağa 20 bal, məhv etməyə 40 bal, mobil raket buraxılış qurğusunu məhv etməyə görə 50 bal qazanmaq olar.