“Cəbhə boyu hərbi əməliyyatların dondurulması müharibənin başa çatması üçün ssenarilərdən biri hesab olunur”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Administrasiyanın müşaviri Mixaylo Podolyak deyib.
“Real olaraq desək, bəli, mümkün ssenarilərdən biri də cəbhə xəttinin dondurulmasıdır. Prezident Volodimir Zelenski bu barədə danışıqlar aparır. Hazırda Ukrayna prezidenti və Avropa liderləri məsləhətləşmələr aparırlar. Amma düşünürəm ki, yekun ssenari ilə bağlı qərarı prezident özü verəcək”, – o əlavə edib.



