Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Adıgey Respublikasındakı neft anbarına hücum edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika rəhbəri Murat Kumpilov TASS-a bildirib.
O qeyd edib ki, ötən gecə Rusiyanın Qafqazdakı Adıgey Respublikasındakı neft anbarına Ukrayna PUA-nın hücumu nəticəsində yanğın baş verib.
“Bu gecə Enem qəsəbəsindəki neft bazasında pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verib. Moskva vaxtı ilə səhər saat 6:00-da 400 kvadratmetr sahədə baş verən yanğın söndürülüb”, – o, öz “Telegram” kanalında yazıb.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, gecə ərzində altısı Adıgey bölgəsində olmaqla, Rusiya bölgələri üzərində 15 Ukrayna PUA-sı vurulub.