Xəbərlər

Ukrayna Qərbdən 90 milyard dollar alacağına ümid edir

Ukrayna tərəfi beynəlxalq tərəfdaşlardan 2,5 il ərzində təxminən 90 milyard dollar alacağına ümid etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Milli Bankı məlumat yayıb.

Qeyd edilib ki, müttəfiqlər və beynəlxalq maliyyə qurumları 2022-ci ilin fevralından etibarən Kiyevə büdcə dəstəyi üçün 89,6 milyard dollar maliyyə yardımı ayırıb, bunun 27 milyard dollardan çoxu isə geri qaytarılmayan qrant vəsaitləri olub.