Xəbərlər

Ukrayna: Rusiya ordusunun 60 PUA-sı məhv edilib

Rusiya ordusu 78 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum edib, onlardan 60-ı məhv edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

PUA-lardan ikisinin Rusiyaya qayıtdığı, birinin Belarus istiqamətində uçuşunu davam etdirdiyi, 15-nin isə Ukrayna ərazisində itdiyi bildirilib.