Xəbərlər

Ukrayna: Rusiyanın “Sergey Kotov” patrul gəmisini vurduq

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiyanın Qara Dəniz Donanmasına məxsus “Sergey Kotov” patrul gəmisini vurduqlarını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kəşfiyyat Baş İdarəsi açıqlama yayıb.

Açıqlamada bu gecə “Qrup 13” xüsusi təyinatlılarının Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisinə hücum təşkil etdiyi bildirilib.

Hücumun Ukrayna Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi bildirilib və Rusiya gəmisinin ön, sağ və sol tərəflərinin zədələndiyi qeyd edilib.

Açıqlamada gəminin Kerç boğazı yaxınlığındakı Ukrayna ərazi sularında vurulduğu bildirilib.