Xəbərlər

Ukrayna SEPAH, İran, Çin, BƏƏ və Rusiyadan olan şəxslərə qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya Federasiyasından olan 42 hüquqi və 6 fiziki şəxsə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının ofisindən məlumat verilib.

Qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlərə aktivlərin bloklanması və ölkədə fəaliyyətin qadağan edilməsi, Ukrayna ilə ticarət və maliyyə əməliyyatlarının dayandırılması, kapitalın Ukraynadan kənara çıxarılmasının qadağan edilməsi və s. aiddir.