Xəbərlər

Ukrayna tərəfi ölkənin təbii sərvətlərini Avropaya təklif edib

“Ukrayna Avropa İttifaqının (Aİ) 30 kritik mineral ehtiyatından 22-nə sahibdir və Ukrayna ordusu Avropa ölkələrinin Silahlı Qüvvələrinin əsas dayağına çevrilə və ABŞ-ın Avropadakı mövcudluğuna alternativ ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“Ukrayna Aİ üçün mühüm əhəmiyyət kəsb edən 30 mineral ehtiyatdan 22-nə sahibdir. O, Avropada ən böyük uran ehtiyatlarına malikdir. Biz təkcə öz enerji ehtiyaclarımızı ödəməyə qadir deyilik, həm də uranı ixrac edə bilərik, xüsusən də Aİ-də nüvə enerjisinə artan tələbat fonunda bu yaxşı olardı”, – o qeyd edib.