Xəbərlər

Ukrayna və ABŞ arasında imzalanmış memorandumda təhlükəsizlik zəmanətlərindən bəhs edilmir

“Aprelin 17-də Ukrayna və ABŞ arasında yeraltı sərvətlər üzrə sazişin hazırlanmasına dair imzalanmış memorandumda Kiyev üçün təhlükəsizlik təminatlarından bəhs edilmir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bildirib.

“Sənəd konstruktiv birgə işi və saziş bağlamaq niyyətini təsdiq edir. Tərəflər Ukraynanın bərpası üçün investisiya fondu yaratmağa hazırlaşır. Saziş imzalandıqdan sonra iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir”, – Jeleznyak əlavə edib.

Qeyd edək ki, o, müqavilənin şərtləri barədə ətraflı məlumat verməyib.