Ukrayna prezidenti Volodimir Zelenski və Albaniyanın baş naziri Edi Rama Tiranada iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
“Danışıqlar zamanı Ukraynanın müdafiə ehtiyacları və silahların birgə istehsalının mümkünlüyü mövzuları müzakirə olundu”, – Zelenski bildirib.
Qeyd edək ki, Zelenski Tirana səfəri zamanı ölkənin baş naziri ilə görüşəcəyini və onunla təhlükəsizlik sazişi üzərində işi müzakirə edəcəyini deyib. Bundan başqa, o, Ukrayna-Cənubi-Şərqi Avropa sammitində də iştirak edəcək. Sammitin iştirakçılarına İsveçrədə münaqişənin nizamlanmasına dair konfransın təşkilinə dəstək təklif edəcək.