Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yeni strukturunda qeyri-dost ölkələrlə bağlı departament yaranacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna XİN-in rəhbəri Andrey Sibiha məlumat verib.
“Artıq bizim yeni ayrı-ayrı departamentlərimiz olacaq. Məsələn, dost olmayan ölkələr üzrə departament. Buraya təkcə Rusiya deyil, həm də onun Şimali Koreya və ya Belarus kimi müttəfiqləri də daxil olacaq. Söhbət ikitərəfli münasibətlərdən yox, təhlükələrə qarşı mübarizədən gedir”, – o, “Facebook”da yazıb.
Bundan əlavə, Sibihanın sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə iş ayrıca şöbəyə veriləcək: “Sanksiyalar siyasəti üzrə ayrıca departament də yaradılır”.



