“Litva və İslandiyanın rəhbərlik etdiyi Ukraynada minatəmizləmə üzrə beynəlxalq koalisiya Ukrayna Silahlı Qüvvələrində 7 istehkamçı batalyonunu hazırlamaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Litvanın müdafiə naziri Dovile Şakaliene məlumat yayıb.
“Beynəlxalq koalisiyanın vəzifəsi 7 döyüş mühəndisi batalyonunu hazırlamaq və onları maddi-texniki resurslarla təmin etməkdir. Bu məqsədlə koalisiya iştirakçıları kifayət qədər maliyyə ehtiyatı formalaşdırıblar”, – nazir vurğulayıb.