Xəbərlər

Ukraynada F-16-ların nümayişi keçirilib

Ukraynaya tədarük edilən F-16 tipli döyüş təyyarələrinin nümayişi keçirilib.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Biz aviasiyamızın, hava hücumundan müdafiəmizin və Müdafiə Qüvvələrimizin imkanlarını gücləndirmək üçün yüzlərlə görüş və danışıqlar apardıq. Tez-tez cavab olaraq mümkün deyil sözünü eşidirdik, buna baxmayaraq artıq F-16-lar Ukraynadadır”, – Zelenski söyləyib.