Ali Rada qadınların Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilməsi imkanlarını istisna edən ilkin hərbi hazırlıq haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib.
“Qadınlar üçün ilkin hərbi hazırlığı tamamlamaq yalnız könüllüdür və bundan sonra hərbi xidmətə qeydiyyat da yalnız könüllü əsasda olacaq”, – deputat əlavə edib.