Xəbərlər

Ukraynada səfərbərlikdən yayınan 500 mindən çox adam axtarışa verilib

Ukraynada 2022-ci ilin fevral ayından bəri səfərbərlikdən yayınan 500 mindən çox insan axtarışa verilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının rabitə şöbəsinin zabiti Natalya Kondratova bildirib.

“500 mindən çox adam axtarışa verilib. Polis üçün bu yeganə vəzifə deyil və bu qədər insanı tapmaq çətindir. Axtarış tədbirləri çağırış məntəqələri tərəfindən deyil, polis tərəfindən həyata keçirilir”, – o əlavə edib.